“Qarabağ”ın oyununun yayımlanacağı gözlənilir

“Qarabağ”ın oyununun yayımlanacağı gözlənilir

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində bu gün keçiriləcək “Rudar” (Monteneqro) – “Qarabağ” matçının canlı yayımlanacağı gözlənilir.

“Qarabağ” klubundan Qol.Az-a verilən məlumata görə, oyunun yayımı ilə bağlı maddi problemi Ağdam klubu son anda özü həll edib.

Hazırda texniki məsələlərin həlli üzərində iş gedir. Saat 23:45-da başlayacaq qarşılaşmanın “İdman Azərbaycan” telekanalı vasitəsi ilə yayımlanacağı gözləniir.

COMMENTS