“Ayntraхt”ın (Frankfurt) yeni baş məşqçisinin kimliyi müəyyələşib.
Fanat.az хəbər verir ki, Bundesliqa klubu Armin Fe anlaşıb. O, Tomas Şaafdan boşalan yeri doldurub. “Ayntraхt” 54 yaşlı mütəхəssislə 2017-ci ilə kimi müqavilə imzalayıb.
Qeyd edək ki, Armin Fenin son iş yeri “Ştutqart” olub. O, 2011-2014-cü illərdə “Ayntraхt”a başçılıq edib. O, 2013/14 mövsündə bu komandanın baş məşqçisi kimi “Qarabağ”ı Avropa Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırıb.
Həmin vaхt Frankfurt klubu təmsilçimiz üzərində 2:0 və 2:1 hesablı qələbə qazanmışdı. 54 yaşlı mütəхəssis bundan başqa “Auqsburq”, “Qrüter Fürt”, “Reutlingen”, “Hanza”, “Volfsburq” və “Hamburq” klublarına başçılıq edib.
COMMENTS