“Qarabağ”ın rəqibi son turda gözlənilmədən uduzdu

“Qarabağ”ın rəqibi son turda gözlənilmədən uduzdu

İtaliya A Seriyasının 5-ci turunda növbəti oyunlar keçirilir.

 

Dosye.org goal.az-a istinadən xəbər verir ki, dünən meydana çıxan “Napoli”, “Milan”, “İnter” klublarından yalnız birincilər qələbəyə seviniblər.

Səfərdə “Sassuolo”nun qonağı olan “Napoli” Xose Kallexonun (28) yeganə qolu ilə qələbə qazanıb. Məhsuldar ötürmənin müəllifi isə Qonzalo Hiquain olub.

“Milan” səfərdə debütant “Cesena” ilə qarşılaşıb. Oyunun 10-cu dəqiqəsində Davide Succi hesabı açsa da, “Milan” Adil Rami (19) ilə bərabərlik qolunu vurub. 73-cü dəqiqədə “rossonieri”nin heyətində Kristian Zapata meydandan qovulsa da, “Cesena” say üstünlüyündən sonadək istifadə edə bilməyib.

“İnter” – “Cagliari” oyunu isə gözləniləndən də maraqlı alınıb. Təsadüfi deyil ki, ilk olaraq Marko Sau 10-cu dəqiqədə Handanoviçin qoruduğu qapıya yol tapıb. 8 dəqiqə sonra Pablo Osvaldo hesaba tarazlıq gətirib 1-1. Lakin 28-ci dəqiqədə “İnter”in heyətində 3 dəqiqəyə 2 sarı vərəqə alan Yuti Naqatomo meydanı erkən tərk edib. Say üstünlüyündən “Cagliari” lazımınca istifadə edib. Səhnəyə çıxan Albin Ekdal het-trikə imza atmaqla “nerazurri”nin 1-4 hesablı məğlubiyyətini rəsmiləşdirib. 44-cü dəqiqədə Andrea Kossu meydan sahiblərinin qapısına təyin olunmuş penatidən yararlansaydı, hesab daha böyük olacaqdı.

İnter 1-4 Cagliari
Osvaldo (18) Marko Sau (10) Albin Ekdal (29, 35, 44)

Beləliklə də, həftə içi Avroliqa oyununda “Qarabağ”ı qəbul edəcək “İnter”in əhvalı korlanıb.

COMMENTS