“Qarabağ”ın rəqibi Bakıdadır

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi “Tvente” bu gün Bakıya gəlib.

 

Qol.Az-ın məlumatına görə, Hollandiya təmsilçisini Heydər Əliyev adına beynəlxalq hava limanında “Qarabağ”ın nümayəndələri qarşılayıb.

“Tvente” bu gün saat 21:30-da Respublika stadionunda məşqi olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Tvente” matçı sabah  keçiriləcək.

COMMENTS