Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. “Qarabağ” evdə “Qəbələ”ni qəbul edib. Ağdam təmsilçisi oyunda böyükhesablı qələbə qazanıb – 3:0. Bununla da “Qarabağ” xallarının sayını 32-yə çatdırıb və liderliyini gücləndirib.
4 dekabr (bazar ertəsi)
19:30. “Qarabağ” – “Qəbələ” – 3:0
Qollar: Hamidu Keyta, 7, Nəriman Axundzadə, 64, Juninyo, 90+3
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
3 dekabr (bazar)
“Neftçi” – “Zirə” – 1:0
“Kəpəz” – “Sabah” – 0:2
2 dekabr (şənbə)
“Turan Tovuz” – “Sumqayıt” – 2:2
“Araz-Naxçıvan” – “Səbail” – 1:1
COMMENTS