“Qarabağ” “Marsel”lə oyuna görə problem yaşaya bilər

“Qarabağ” “Marsel”lə oyuna görə problem yaşaya bilər

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel” ilə matç üçün Fransaya aparacağı bütün futbolçularından koronavirus əleyhinə peyvəndin hər iki dozası tələb olunacaq. 

Qol.az xəbər verir ki, bu barədə “L`Equipe” məlumat yayıb. Ölkə prezidenti Emmanuel Makron vaksinasiyanın bütün peşəkar idmançılar üçün məcburi olacağını açıqlayıb. Yeni qayda 2022-ci il yanvarın 15-dən tətbiq olunmağa başlayacaq. “Marsel”in heyətində futbolçuların 95 faizi peyvənd olunduğundan bu qərar yerli komanda üçün elə də ciddi narahatlıq yaratmasa da, Ağdam təmsilçisinin planlarına mane ola bilər.

Qeyd edək ki, “Marsel – “Qarabağ” oyunu fevralın 17-də “Veledrom” stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda oynanılacaq.

DOSYE.ORG

COMMENTS