Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda əsas rəqibi olan “Molde” ilə Norveçdə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bu görüş 6 xalı olan hər iki komanda üçün qrupdan çıxmaq baxımından çox vacibdir.
“Qarabağ”la “Molde”nin qrupun ilk turunda Bakıda keçirdikləri matçında Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
H qrupunun digər oyununda “Hekken” (İsveç) “Bayer”i (Almaniya) qəbul edəcək.
30 noyabr
UEFA Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur
00:00.”Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Norveç. Molde stadionu
00:00. “Hekken” (İsveç) – “Bayer” (Almaniya)
COMMENTS