“Qarabağ” “Neftçi” ilə heç-heçə etdi

“Qarabağ” “Neftçi” ilə heç-heçə etdi

Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub.

Qol.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. Mərkəzi görüşdə lider “Qarabağ” 3-cü yerdə olan “Neftçi”ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu heç-heçə ilə Ağdam təmsilçisi ən yaxın izləyicisi “Sabah”la xal fərqini 9-a yüksəldib.

“Qarabağ” bu mövsüm “Neftçi”yə qarşı keçirdiyi bundan əvvəlki hər iki görüşdə qələbə qazanıb – 3:1, 4:0.

Ümumiyyətlə, “Neftçi” son dəfə Ağdam təmsilçisini məğlub etməyi 2021-ci ilin may ayının 19-da bacarıb – 1:0.

27 fevral (bazar ertəsi)

20:00. “Qarabağ”– “Neftçi” – 1:1 

Qollar: Kilan Lebon, 33 (0:1), Höccət Haqverdi, 83-avtoqol (1:1)
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
“Azersun Arena”

25 fevral (şənbə)

“Sumqayıt” – “Kəpəz” – 1:2

“Şamaxı” – “Sabah” – 2:1

24 fevral (cümə)

“Səbail” – “Qəbələ” – 2:2

“Turan Tovuz” – “Zirə” – 0:2

COMMENTS