“Qarabağ” “Olimpiakos”a qarşı – Yenilənir

“Qarabağ” “Olimpiakos”a qarşı – Yenilənir

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.

Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda “Olimpiakos”u qəbul edəcək. Yunanıstanda bu rəqibi 3 cavabsız qolla məğlub edən Ağdam təmsilçisi bu görüşdə də qələbəni hədəfləyib.

Qonaqlar bu görüşdə qalib gəlməsə, qrupdan çıxmaq şansını itirəcək. Buna görə də Yunanıstan klubu bu görüşə final matçı kimi çıxacaqlar.

Qrupun digər oyununda “Nant” “Frayburq”u qəbul edəcək. Fransadakı qarşılaşma da Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

13 oktyabr

Avropa Liqası

Qrup mərhələsi, 4-cü tur

G qrupu

20:45. “Qarabağ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)
Baş hakim:
 Kreyq Pauson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

20:45. “Nant” (Fransa) – “Frayburq” (Almaniya)

COMMENTS