“Qarabağ” ölüm qurupunda mübarizə aparacaq

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
 
Qol.Az-ın məlumatına görə, Fransanın Monako şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
 
Püşk zamanı 48 komanda hərəsində 4 klub olmaqla 12 qrupa bölünəcək. Burada ölkəmiz yalnız “Qarabağ” klubu ilə təmsil olunur. Ağdam təmsilçisi dünən Hollandiyada “Tvente” ilə 1:1 bərabərə qalmaqla tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanıb.
 
Son Azərbaycan çempionu dördüncü səbətdə yer alıb. Bu isə o deməkdir ki, digər üç səbətdə qərarlaşan istənilən komanda Ağdam klubuna rəqib ola bilərdi. 
 
Artıq “Qarabağ”ın rəqibləri müəyyənləşib. Qurban Qurbanovun komandası F qrupunda “İnter” (İtaliya), “Dnepr” (Ukrayna) və “Sent Etyen” (Fransa) klubları ilə mübarizə aparacaq.  
 
Qeyd edək ki, qrup mərhələsinin oyun cədvəli püşkdən bir saat sonra müəyyənləşəcək. 
 
Bu mərhələnin oyunları 18 sentyabr, 2-23 oktyabr, 6-27 noyabr və 11 dekabr tarixlərində keçiriləcək.  
 
A qrupu 
 
“Vilyareal” (İspaniya)
“Borussiya” (Münhenqladbax, Almaniya)
“Sürix” (İsveçrə)
“Apollon” (Kipr)
 
B qrupu
 
“Kopenhagen” (Danimarka)
“Brügge” (Belçika)
“Torino” (İtaliya)
“Helsinki” (Finlandiya)
 
C qrupu 
 
“Tottenhem” (İngiltərə)
“Beşiktaş” (Türkiyə)
“Partizan” (Serbiya)
“Asteras Tripolis” (Yunanıstan)
 
D qrupu 
 
“Zalsburq” (Avstriya)
“Seltik” (Şotlandiya)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Astra” (Rumıniya)
 
E qrupu 
 
PSV (Hollandiya)
“Panatinaykos” (Yunanıstan)
“Eştoril” (Portuqaliya)
“Dinamo” (Moskva, Rusiya)
 
F qrupu 
 
“İnter” (İtaliya)
“Dnepr” (Ukrayna)
“Sent-Etyen” (Fransa)
“Qarabağ” (Azərbaycan)
 
G qrupu 
 
“Sevilya” (İspaniya)
“Standard” (Belçika)
“Feyenoord” (Hollandiya)
“Rijeka” (Xorvatiya)
 
H qrupu 
 
“Lill” (Fransa)
“Volfsburq” (Almaniya)
“Everton” (İngiltərə)
“Krasnodar” (Rusiya)
 
I qrupu 
 
“Napoli” (İtaliya)
“Sparta” (Çexiya)
“Yanq Boys” (İsveçrə)
“Slovan” (Slovakiya)
 
J qrupu 
 
“Dinamo” (Kiyev, Ukrayna)
“Styaua” (Rumıniya)
“Rio Ave” (Portuqaliya)
“Olborq” (Danimarka)
 
K qrupu 
 
“Fiorentina” (İtaliya)
PAOK (Yunanıstan)
“Qenqam” (Fransa)
“Dinamo” (Minsk, Belarus)
 
L qrupu
 
“Metalist” (Ukrayna)
“Trabzonspor” (Türkiyə)
“Legiya” (Polşa)
“Lokeren” (Belçika)

COMMENTS