Dağlıq Qarabağdakı təmas xəttində intensivləşən insidentlərin genişmiqyaslı hərbi əməliyyatlara keçməsi istisna deyil. Musavat.com-un məlumatına görə, bu barədə Polşadakı Beynəlxalq Əlaqələr İnstitutunun analitiki Konrad Zaştoft münaqişə zonasındakı vəziyyəti erməni portalına şərh edərkən bildirib.
“Nə qədər ki, Azərbaycan və erməni qüvvələri arasında hansısa sülhməramlılar yerləşməyəcək, situasiya təhlükəli olaraq qalacaq. İki tərəf arasındakı danışıqlarda yaranan dalan vəziyyəti situasiyanı daha da pisləşdirir” – deyib ekspert. Onun sözlərinə görə, Qarabağ konflikti indi daha çox “qaynar” münaqişəni xatırladır, nəinki “dondurulmuş”.
“Digər postsovet regionlarında da eskalasiya mümkündür. Ötən il biz Donbasda bunun şahidi olduq – hansı ki, Puti tərəfindən süni şəkildə yaradılmışdı. Halbuki Qarabağ məsələsindən fərqli olaraq, orada nə dil, nə din, nə də mədəni bölünmə var idi. Konflikt Rusiya təbliğatı və KİV-ləri tərəfindən qızışdırıldı” – əlavə edib polşalı analitik və ABŞ- Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan dövlətçiliyi üçün təhlükəli olan Rusiya təsirini azaltmağa çağırıb.
COMMENTS