“Qarabağ” qələbəni əldən verdi

“Qarabağ” qələbəni əldən verdi

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb.

Ağdam klubu  qrup lideri olan “Monako”nu qəbul edib. Qurban Qurbanovun komandası Fransadakı məğlubiyyətin (0:1) əvəzini çıxmağa və turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaqdı. Ancaq bu matçda Ağdam klubu bərabərə qalıb – 1:1.

5 noyabr

Avropa Liqası, qrup mərhələsi

J qrupu

20:00. “Qarabağ” (Azərbaycan) – “Monako” (Fransa) – 1:1

Qollar: Samuel Armenteros, 39 (1:0), İvan Kavaleyro, 72 (1:1)

Baş hakim: Pavel Kristian Balay

Hakim köməkçiləri: Mihay Ovidiu Artene, Valentin Qabriel Avraam (hamısı Rumıniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev,  Rəşad Sadıqov (k), Riçard Almeyda, Maksim Medvedev,  Əfran İsmayılov (Rudell Pupon, 64), Ansi Aqolli, Dani Kintana (Çumbinyo, 68), Bədavi Hüseynov ,Alharbi Əl Jadeyaoui, Samuel Armenteros

Ehtiyat oyunçular: Fərhad Vəliyev,  İlqar Qurbanov, Elvin Yunuszadə, Elvin Məmmədov, Miqel Markos Madera

“Monako”: Subaşiç, Fabinyo, Karvalyo, Vallek, Raggi, Joao Moutinyo, Bernardo Silva, Pasaliç (İvan Kavaleyro, 61), Toulalan (k), Traore (Elderson, 78), El-Şaaravi (Karillo, 70)

Ehtiyat oyunçular: Nardi,  N’Doram, Ture,  Andzouana

COMMENTS