Qarabağ qazisi “Bank of Baku”nun CƏNGİNDƏ… – “Hazırda 3 minə yaxın borcum var…”

Qarabağ qazisi “Bank of Baku”nun CƏNGİNDƏ… – “Hazırda 3 minə yaxın borcum var…”

DOSYE.ORG Dia-az.info-ya istinadən xəbər verir ki, Qarabağ qazisi “Bank of Baku”dan şikayətçidir.

M. Hacıyev Şəki ticarət mərkəzində baş vermiş yanğın zamanı 18 minlik malının yandığını, amma ona heç bir köməklik edilmədiyini bildirib:

“Mən – Hacıyev Mehman Teymur oğlu 1974-cü ildə Şəkidə anadan olmuşam. Şəki ticarət mərkəzində alver etmişəm. 10 il əvvəl həmin ticarət mərkəzi yanğın baş verdi. Mənim orda 18 minlik malım yandı. Amma mənə heç bir köməklik olunmadı. Qarabağ veteranıyam, dörd il əskərlikdə olmuşam.

Bazar yandıqdan sonra “Bank of Baku”ya olan borcumu ödədim. Hazırda 3 minə yaxın borcum var. Buna görə də məni məhkəməyə veriblər. Xahiş edirəm ki, Qarabağ veteranı olaraq mənə kömək edilsin”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

COMMENTS