“Qarabağ” “qızıl dubl” edə biləcəkmi? (YENİLƏNİR)

“Qarabağ” “qızıl dubl” edə biləcəkmi? (YENİLƏNİR)

Bu gün Azərbatcan kubokunun final oyunu keçiriləcək.

Qol.Az-ın məlumatına görə, həlledici oyunda çempion “Qarabağ” və çempionatı 4-cü pillədə başa vuran “Neftçi” klubları üz-üzə gələcək.

Son dəfə finalda 1996-cı ildə qarşılaşan bu komandaların duelindən “Neftçi” qalib ayrılıb – 3:0. Paytaxt klubu eyni zamanda kubokun son qalibidir. “Neftçi” ardıcıl 4-cü mövsümdür ki, kubokun finalına yüksəlir.

“Qarabağ” isə sonuncu dəfə final həyəcanını 2008/2009-cu ildə yaşayıb ki, məhz həmin il “atlılar” kuboku başı üzərinə qaldırıb.

Qurban Qurbanovun komandası 22 ildən sonra “qızıl dubl” etmək şansı əldə edib. Komanda ilk və sonuncu dəfə 1993-cü ildə bunu bacarıb. “Neftçi” isə 1995/1996 və 2012/2013 mövsümündə hər iki titulu qazanıb.

Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

3 iyun

Azərbaycan Kuboku, final

20:00 “Qarabağ” – “Neftçi”
Qəbələ şəhər stadionu

COMMENTS