“Qarabağ” “Sabah”a qalib gəlib liderliyə yüksəldi

“Qarabağ” “Sabah”a qalib gəlib liderliyə yüksəldi

Milli komandaların oyunlarına görə Misli Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb.

QOL.az xəbər verir ki, 14-cü turun ilk oyun günündə 1 matç keçirilib.

“Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra Ağdam təmsilçisi 29 xalla liderliyə yüksəlib. 27 xalla 2-ci olan “Zirə” noyabrın 26-ı “Sumqayıt”ı məğlub etsə, liderliyi bərpa edəcək

“Sabah”la ilk dövrədə keçirilən oyunda da “Qarabağ” 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 14-cü turun digər oyunları noyabrın 25-i və 26-da keçiriləcək.

 

24 noyabr (cümə)

20:00.“Sabah” – “Qarabağ” – 1:2

Qollar: Toral Bayramov, 58-pen (0:1), Nəriman Axundzadə, 60 (0:2), Cesse Sekidika, 63 (1:2)
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev
“Bank Respublika Arena”

32-ci dəqiqədə “Sabah”ın futbolçusu Emmanuel Apeh penaltini düzgün yerin yetirə bilməyib və top qapı tirinə dəyib.

25 noyabr (şənbə)

14:00. “Səbail” – “Kəpəz”
Hakimlər
: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov
“ASCO Arena”

16:00.“Qəbələ” – “Turan Tovuz”
Hakimlər:
 Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
Qəbələ şəhər stadionu

26 noyabr (bazar)

15:30.“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: 
Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
“Neftçi Arena”

18:00.“Sumqayıt”– “Zirə”
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Kapital Bank Arena”

COMMENTS