Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümdə ilk turun daha bir oyunu keçirilir.
Qol.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” “Sabah”ı qəbul edir. Bu komandalar yay təlim-məşq toplanışı çərçivəsində 2 dəfə qarşılaşıblar. Qəbələdə rəqibinə uduzan (1:2) Ağdam təmsilçisi Bakıda qalib (2:0) gəlib.
Qeyd edək ki, ilk tura sabah keçiriləcək “Qəbələ” – “Zirə” oyunu ilə yekun vurulacaq.
Xatırladaq ki, dünən keçirilən iki görüşlə çempionatda 165 günlük fasilə bitib. Ölkəmizdə koronavirus pandemiyasına görə mart ayından çempionat oyunları keçirilmirdi.
Əlavə edək ki, koronavirus pandemiyasına görə Premyer Liqanın oyunları azarkeşsiz keçirilir.
22 avqust (şənbə)
20:00. “Qarabağ” – “Sabah” – 2:0 (İkinci hissə)
Qollar: Mahir Emreli, 45,58
“Azersun Arena”
23 avqust (bazar)
19:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu
21 avqust
20:30. “Neftçi” – “Səbail” – 2:1
18:30. “Sumqayıt” – “Keşlə” – 0:1
COMMENTS