“Qarabağ” “Sevilya”ya qarşı – Yenilənir

“Qarabağ” “Sevilya”ya qarşı – Yenilənir

Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək.

Qol.az xəbər verir ki, öllkəmizi turnirdə təmsil edən “Qarabağ” da meydana çıxacaq.

Ağdam təmsillçisi Bakıda çətin sınaq qarşısındadır. Qurban Qurbanovun komandası Avroliqanın beşqat qalibi – bu göstəricidə mütləq rekordçusu “Sevilya”nı qəbul edəcək. “Qarabağ”ın La Liqanın hazırkı liderinə qarşı necə mübarizə aparacağı maraqla gözlənilir.

A qrupunun digər oyununda APOEL öz meydanında “Düdelanj”ı sınağa çəkəcək.

19 sentyabr

Avropa Liqası

A qrupu

20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)
Hakimlər:
 Yeven Aranovski, Semen Şlonçak, İqor Alokin, Yaroslav Kozuk (hamısı Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

20:55. APOEL (Kipr) – “Düdelanj” (Lüksemburq)

COMMENTS