Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, “Neftçi” ilə yanaşı “Qarabağ” da bu gün meydana çıxıb.
Ağdam təmsilçisi öz meydanında Hollandiyanın “Tvente” klubunu qəbul edib . “Tvente” Qurban Qurbanovun komandası üçün tanış rəqib idi. 2009-cu ildə “Qarabağ” məhz Avroliqanın pley-off mərhələsində o dövrdə Hollandiya çempionu olan “Tvente” ilə qarşılaşmışdı. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan komandamız doğma meydanında qolsuz heç-heçə ilə meydanı tərk edib. Bununla da qrup mərhələsinə “Tvente” yüksəlib. Bu mənada “Qarabağ” üçün bugünkü görüşü revanş da adlandırmaq olar.
Qarşılaşmanın start fiti saat 21:00-da veriləcək.
Xatırladaq ki, komandalar arasında cavab matçı bir həftə sonra Hollandiyada keçiriləcək.
21 avqust
Avropa Liqası, pley-off mərhələsinin ilk oyunu
21:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Hollandiya) – 0:0 (İkinci hissə)
Hakimlər: Manuel Qrafe, Holger Henşel, Kristian Gittelmann, Quido Vinkmann (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedyev , Rəşad Sadıqov (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Danilo Dias, Riçard Almeyda, Muarem Muarem, Leroy Corc
“Tvente”: Nik Marsman, Kuko Martina (k), Darrl Laxman, Robert Şilder, Rasmus Benqtsson, Kayl Ebesilio, Kamohelo Mokotdzho, Yuness Moxtar, Hakim Ziyeh, Lyuk Kastanyos, Kasper Kusk
COMMENTS