Qarabağ Universiteti bu vəzifəyə işçi axtarır

Qarabağ Universiteti bu vəzifəyə işçi axtarır

Qarabağ Universiteti bir vəzifə üzrə vakansiya elan edib.

Ali təhsil müəssisəsindən Ölkə.Az-a bildirilib ki, maliyyə yardımı üzrə mütəxəssis (Financial Aid Officer) axtarılır.

Maliyyə yardımı üzrə mütəxəssisin (Financial Aid Officer) işi aşağıdakı kimi təvir edilib:

– Tələbələr üçün maliyyə yardımı (təhsil haqqı güzəştləri, təqaüdlər və digər maliyyə dəstəyi) proqramlarını yaratmaq və tətbiqi mexanizmlərini hazırlamaq;

– Tələbələrin maliyyə yardımı ilə bağlı ehtiyaclarını müəyyən etmək və onlara məsləhətlər vermək;

– Maliyyə yardımı üzrə tələb olunan sənədləri toplamaq və təhlil etmək;

– Tələbələri maliyyə yardımı imkanları barədə məlumatlandırmaq və müvafiq maarifləndirmə işlərini həyata keçirmək;

– Maliyyə yardımı üçün müraciətləri qəbul etmək, dəyərləndirmək və tələbələrin uyğunluğunu müəyyənləşdirmək;

– Müvafiq hesabatlar hazırlamaq və aidiyyatı üzrə təqdim etmək.

Həmçinin bildirilib ki, mütəxəssis maliyyə, mühasibat, iqtisadiyyat və ya idarəetmə sahəsi üzrə ali təhsili, müvafiq sahədə minimum 2 il təcrübəsi, yüksək kommunikasiya bacarıqları, güclü müşahidə və analitik təhlil bacarıqları, İT və xarici dil bilikləri olmalıdır.

Bu vəzifədə çalışmaq istəyən şəxslər CV, ali təhsili təsdiq edən sənəd(lər)in surətini, müşayiətedici məktubu (motivasiya – maksimum 500 söz) təqdim etməlidirlər.

Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının “Maliyyə yardımı üzrə mütəxəssis” qeyd edilməsi vacibdir.

Müraciət üçün son tarix: 24 fevral 2025-ci il
Elektron poçt ünvanı: hr@karabakh.edu.az

Qeyd edilib ki, universitetdə daimi əsaslarla çalışan əməkdaşlar işlədikləri müddətdə Xankəndi şəhərində mənzillə təmin olunacaqlar.

COMMENTS