“Qarabağ” və “Qəbələ”nin futbolçuları Bosniya və Hersoqovina millisində

“Qarabağ” və “Qəbələ”nin futbolçuları Bosniya və Hersoqovina millisində

“Avro-2016″nın seçmə mərhələsində Uels və Kiplə qarşılaşacaq Bosniya və Hersoqovina millisinin heyəti açıqlanıb.

Qol.Az-ın Bosniya və Hersoqovina mətuatına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Mehmet Bazdareviç qarşıdakı oyunlar üçün 24 futbolçuya dəvət göndərib.

Həmin siyahıda Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçu da var. Bunlar “Qarabağ”ın qapıçısı İbrahim Şehiç və “Qəbələ”nin hücumçusu Ermin Zetsdir.

Qeyd edək ki, oktyabrın 10-da səfərdə Uelsin qonağı olacaq Bosniya və Hersoqovina yığması, 3 gün sonra evdə  Kipri qəbul edəcək.  

COMMENTS