“Qarabağ-Vyana”dan böyükhesablı məğlubiyyət

“Qarabağ-Vyana”dan böyükhesablı məğlubiyyət

Avstriyanın Şərq Regional Liqasında 32-ci turun oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı səfərdə “Austriya”nın ikinci komandası ilə qarşılaşıb.

Son turlar qələbələri sıralayan futbolçularımızın komandası bu dəfə xalsız qalıb. “Qarabağ-Vyana” rəqibinə 0:5 hesabı ilə uduzub.

Qeyd edək ki, Vyana təmsilçisi hazırda 50 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Dosye.org

COMMENTS