“Qarabağ”a daha bir transfer gözlənilir” – Qurban Qurbanov

“Qarabağ”a daha bir transfer gözlənilir” – Qurban Qurbanov

“Qarabağ”ın qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edəcəyi gözlənilir.

Bu haqda Qol.az-a açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O, bu gün Antalyada “Qaz Metan”a (Rumıniya) qarşı yoxlama görüşündən (0:0) sonra saytımıza bildirib ki, hücum xəttini bir legionerlə gücləndirilmək istəyirlər:

“Əgər alınsa, bu qış bu transferi gerçəkləşdirmək istəyirik. Əks təqdirdə, həmin xəttə transferi yayda reallaşdıracağıq”.

Xatırladaq ki, “Qarabağ” bu qış  Rüstəm Əhmədzadə,  Luka Quqeşaşvili və Leandro Andradeni transfer edib.

DOSYE.ORG

COMMENTS