Qarabağda erməni tankları partladıldı: xeyli itki var

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistan ordusuna məxsus iki ağır hərbi texnika minaya düşüb.

Ermənistan Kütləvi İnformasiya Vasitələrinin yaydığı məlumata görə, “T-72” tankları “hərbi texnikanın idarə olunmasına dair təlimlərə” gedərkən partlayıb.

Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində həlak olub.

Digər tankın ekipaj üzvləri isə ağır vəziyyətdə erməni işğalı altındakı Xankəndi şəhərindəki hospitala yerləşdirilib.

Hadisənin təfərrüatlarının araşdırılması üçün əməliyyat qrupu yaradılıb. Təqdim edilən videoda xəsarət alanların təxliyə edildiyini görmək olar. (Report)

COMMENTS