Top.Mail.Ru

“Qarabağ”da son durum necədir?

“Qarabağ”da son durum necədir?

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün APOEL-lə qarşılaşacaq “Qarabağ”da futbolçularla bağlı son durum bəlli olub.

Qol.az-ın xəbərinə görə, zədəsi olan müdafiəçi Bədavi Hüseynov və yarımmüdafiəçi Filip Ozobiç bu matçı buraxacaq. “Dundalk”la ÇL-in ikinci mərhələsinin cavab matçında və məşqlər zamanı zədələnən digər oyunçuların durumu isə yaxşıdır. Bu o deməkdir ki, adları çəkilən iki oyunçudan başqa bugünkü qarşılaşma üçün başqa heç bir oyunçunun zədə ilə bağlı ciddi problemi yoxdur və onlar oyuna hazırdırlar.

Bundan başqa, baş məşqçi Qurban Qurbanovun yeni transferlərdən müdafiəçi Rerrars Faysal və hücumçu Maqaye Qeyenin adını matçın iştirakçıları sırasına – “18”liyə daxil edəcəyi gözlənilir.

APOEL

APOEL-lə gəlincə, komandanın əsas futbolçularından olan Musa Əl-Tamari ilə bağlı narahatlıq var. ÇL-in ikinci mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab matçında (3:0) zədələnən iordaniyalı 22 yaşlı hücumameylli yarımmüdafiəçi məşqlərə başlasa da, onun “Qarabağ”la bugünkü matçda iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib. APOEL-in digər zədələnmiş futbolçusu – müdafiəçi Vuyadin Saviçin isə matça hazır olacağı gözlənilir.

Xatırladaq ki, APOEL – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.

DOSYE.ORG

COMMENTS