“Qarabağ”da titul qazanmaq imkanım var” – Emeqara

“Qarabağ”da titul qazanmaq imkanım var” – Emeqara

“Azərbaycan çempionatına baxmamışdım, heç nədən xəbərim yox idi. Amma təklif gələndə o dəqiqə “yox-yox” da demədim. Maraqlandım, Bakını internetdə axtarıb tapdım. Baxıb gördüm ki, gedəcəyim şəhər kifayət qədər gözəldir. Sonra da komanda ilə maraqlandım”.

 

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi İnnosent Emeqara Ağdam klubuna keçidi haqda danışarkən deyib.

Klubun rəsmi saytına danışan isveçrəli hücumçu “Qarabağ”a keçidindən məmnun qaldığını bildirib: ““Qarabağ”ın gözlədiyimdən də uğurlu komanda olduğunu bildim. Mənə təzə təklif göndərmişdilər ki, Avroliqada qrup mərhələsinə düşdülər. Təəssüf ki, Avroliqada oynaya bilməyəcəm. Üzvü olduğum komandanın belə bir turnirdə iştirakı da mənimçün müsbət haldır. Karyeram üçün əsas odu ki, “Qarabağ” öz ölkəsində də iddialıdır və mənim də titul qazanmaq imkanım var”.

 

 

COMMENTS