“Qarabağ”dan Azərbaycana növbəti xallar – UEFA reytinqi

“Qarabağ”dan Azərbaycana növbəti xallar – UEFA reytinqi

Avrokuboklarda qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. 

Qol.az xəbər verir ki, yeni reytinqdə Azərbaycan hesabına növbəti xalları yazdırıb.

Bu, “Qarabağ”ın dünən Avropa Liqasında “Olimpiakos”la Bakıda qolsuz heç-heçə etməsi sayəsində olub. Bu nəticə ilə xal ehtiyatını daha 0,250 artıran ölkəmiz bu mövsüm üçün xallarını 3.250-ə, son 5 mövsümdə isə 15.875-ə çatdırıb.

Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,500 xalı var.

Qeyd edək ki, siyahıya 96,141 xalla İngiltərə başçılıq edir.

COMMENTS