Top.Mail.Ru

“Qarabağ”dan ilk transfer – Portuqaliyadan…

“Qarabağ”dan ilk transfer – Portuqaliyadan…

“Qarabağ”ın yay transfer pəncərəsi dönəmində alacağı ilk futbolçu bəlli olub.

Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi son olaraq Portuqaliyanın 2-ci liqa təmsilçisi “Deportivo Saviş” klubunun kolumbiyalı müdafiəçisi Kevin Medinanı transfer edib. 27 yaşlı mərkəz müdafiəçisi bütün detallar razılaşdırılıb. Koronavirus pandemiyasına görə Azərbaycanın bağlanan sərhədləri açıldıqdan sonra Kevin Bakıya gələrək “Qarabağ”la 2+1 illik müqaviləyə imza atacaq.

Karyerası Portuqaliya ilə bağlı olan Medina keçən ilin yayından “Saviş”də çıxış edirdi. O, daha əvvəl “Akademiko Vizeu”, “Pinhalnovenze”, “Sintrenze”, “Moura” və “Naval”ın da formasını geyinib. 27 yaşlı müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.

DOSYE.ORG

COMMENTS