Top.Mail.Ru

“Qarabağ”dan Türkiyədə oynayan qapıçı üçün rəsmi təklif

“Qarabağ”dan Türkiyədə oynayan qapıçı üçün rəsmi təklif

“Qarabağ” Türkiyənin 1-ci liqa təmsilçisi “Menemenspor”un qapıçısı Gentian Selmanini transfer etmək istəyir.

Qol.az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisinin baş məşqçisi Cenk Laleci “Radyospor”a açıqlamasında deyib. O, Ağdam klubunun 22 yaşlı qolkiper üçün rəsmi təklif göndərdiyini bildirib: “Selmanini təkcə ölkəmizdəki yox, əcnəbi klublar da izləyir. Onun üçün “Qarabağ”dan təklif almışıq. Klublar arasında danışıqlar davam edir”.

Qeyd edək ki, “Menemenspor”la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq albaniyalı qapıçı bu mövsüm 28 matçda meydana çıxıb.

DOSYE.ORG

COMMENTS