Top.Mail.Ru

Qarabağı söz atışmaları ilə qaytarmaq olmaz, lakin… – deputat

Qarabağı söz atışmaları ilə qaytarmaq olmaz, lakin… – deputat

Ermənilərlə müxtəlif platformalarda söz atışmaları özü də diplomatiyamızın əhəmiyyətli funksiyalarından biri sayılır. Burada ilk öncə psixoloji üstünlüyü götürmək üçün mövzunun mahiyyətinə uyğun hazırcavablıq və digər kənar müşahidəçilər tərəfindən bəsit, eyni zamanda beynəlxalq etiketə uyğunsuz formada görünməyəcək üslub vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa qeyd edib. Onun sözlərinə görə, qışqırıqçılıqla, yalvarmaqla, “nə olar, məni evimə qaytarın” ritorikası ilə auditoriyanın rəğbətini öncədən itirmiş olursan:

“Ötən gün İqtisadiyyat naziri Mikayıl Cabbarovun cavabını izlədim və sonra da diqqətlə oxudum. Erməni rəsmisinin sərgilədiyi küstah davranışlara mahiyyət üzrə verilən cavabdır.

İki istiqamət erməniləri pərt etmək üçün daha məqbuldur. Birincisi, ciddi iqtisadi layihələrdən kənarda qalmanın günahkarının özləri olduğunu vurğulamaq, ikincisi isə faşizmi Njdenin obrazında təşviq etmək istəyən cəmiyyət olduqlarına görə ittiham etmək.

Hər ikisi də əks cavab verməyə imkan tanımayan ittihamlardır. Digər tərəfdən İrəvanla bağlı eyham da yerinə düşdü”.

Deputatın fikrincə, nazir Mikayıl Cabbarov bir dövlət rəsmisinin ekstremal situasiyada necə tutarlı cavab verməsinin lazım gəldiyini ortaya qoydu:

“Əlbəttə, hamımıza aydındır ki, biz torpaqlarımızı bu cür söz atışmaları ilə geri qaytarmayacağıq, əvvəl-axır mütləq savaş meydanında işğalçının dərsini verməliyik.

Lakin o böyük savaşa qədər, bu cür söz atışmalarına hazırlığımız yetərli səviyyədə olmalıdır ki, beynəlxalq auditoriyada psixoloji üstünlüyümüzü itirməyək”.

DOSYE.ORG

COMMENTS