“Qarabağ”ın futbolçusu Kipr klubuna keçir?

“Qarabağ”ın futbolçusu Kipr klubuna keçir?

“Qarabağ”ın futbolçusu Qaspar Panadero Kiprin AEK klubuna keçməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə “Goal.com.cy” məlumat yayıb.

Bildirilib ki, klublar 24 yaşlı oyunçunun keçidi ilə bağlı razılığa gəlib və yalnız müqavilə imzalanması qalır.

Qeyd edək ki, ötən yay “Qarabağ”a gələn ispaniyalı yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. Sonuncu dəfə isə oktyabrın 3-də “Qəbələ” ilə çempionat matçından iştirak edib.

DOSYE.ORG

COMMENTS