“Qarabağ”ın iki oyununa azarkeşlər buraxılmayacaqlar

“Qarabağ”ın iki oyununa azarkeşlər buraxılmayacaqlar

“Qarabağ” bu həftə keçirəcəyi yoxlama oyunları ilə bağlı azarkeşlərə müraciət edib.

QOL.az xəbər verir ki, bu barədə klubun açıqlamasında bildirilib.

Qeyd edilib ki, komandanın yanvarın 9-u “Kəpəz”, yanvarın 12-i isə “Zirə” ilə keçirəcəyi yoldaşlıq görüşləri yalnız media nümayəndələri (PFL-in media vəsiqəsi ilə) üçün açıq olacaq.

Hər iki görüş azarkeşlər üçün qapalı keçiriləcək. Matçların canlı yayımlanması nəzərdə tutulmur.

COMMENTS