“Qarabağ”ın legionerləri milliyə çağırıldılar

“Qarabağ”ın legionerləri milliyə çağırıldılar

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə çağırılıblar.

Qol.az xəbər verir ki, baş məşqçi Miodraq Raduloviçin Avro-2024-ün seçmə mərhələsində Bolqarıstan və Serbiya ilə matçlar üçün açıqladığı 27 nəfərlik siyahıda sözügedən oyunçuların da adları yer alıb.

 

Avropa Konfrans Liqasının pley-off mərhələsində fevralın 16-ı keçirilən “Gent”lə ilk oyunda zədələnən Yankoviçin 4 həftə meydanlardan kənarda qalacağı açıqlanmışdı. O, komandasının son görüşlərini buraxsa da, M.Raduloviç Yankoviçi yığmaya dəvət edib.

Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsində G qrupunda mübarizə aparan Monteneqro millisi martın 24-də səfərdə Bolqarıstanla, martın 27-də evdə Serbiya ilə qarşılaşacaq.

COMMENTS