“Qarabağ”ın məşhur futbolçusu 3 ay sonra oyuna çıxdı

“Qarabağ”ın məşhur futbolçusu 3 ay sonra oyuna çıxdı

“Qarabağ”ın futbolçusu Marko Veşoviç 3 ay sonra yaşıl meydana qayıdıb.

Qol.az xəbər verir ki, monteneqrolu müdafiəçi bu gün “Araz Naxçıvan”a qarşı keçirilən Misli Premyer Liqasının 11-ci turunun oyununda start heyətdə meydana çıxıb. Veşoviçin adı bu həftə “Bayer”ə qarşı keçirilən Avroliqanın iştirakçıları sırasında olsa da, o, sonadək ehtiyatda qalmışdı.

Qeyd edək ki, 31 yaşlı oyunçu bu ilin iyulun 25-də, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakov”la Polşadakı oyundan bir gün əvvəl məşq zamanı ağır zədə almışdı.

O, bugünkü görüşə qədər son dəfə “Qarabağ”a ÇL-in birinci təsnifat mərhələsində “Linkoln”la Bakıdakı cavab matçında kömək etmişdi.

COMMENTS