“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşir

“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşir

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da bu mərhələdəki rəqibi bəlli olacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına yüksələn “Qarabağ” bu mərhədə Çempionlar Liqasında qrupu üçüncü sırada bitirən 8 komandadan biri ilə qarşılaşacaq: “Qarabağ” ilk oyununu səfərdə keçirəcək.

“Qarabağ”ın potensial rəqibləri:

“Qalatasaray” (Türkiyə)

“Lans” (Fransa)

“Braqa”(Portuqaliya)

“Benfika” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Milan” (İtaliya)

“Yanq Boyz” (İsveçrə)

“Şaxtyor” (Donetsk, Ukrayna).

Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar.

COMMENTS