“Qarabağ”ın qrupdan çıxmağa gücü çatar” – Şahin Diniyev

“Qarabağ”ın qrupdan çıxmağa gücü çatar” – Şahin Diniyev

“Belə güclü komandadan bir xal almaq doğrudan da yaxşı nəticədir. Komandamız qapıda və müdafiədə yaxşı oynadı. Əfsuslar olsun ki, “Qarabağ”ın orta və hücum xətti yaradıcı futbol oynaya bilmədi. Bu, barədə düşünmək lazımdır”.

Bu sözləri Qol.Az saytına açıqlamasında milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində səfərdə “Sent Etyen”lə bərabərə qaldığı oyun(1:1) haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis “Qarabağ”ın növbəti turda İtaliya “İnter”i ilə keçiriləcək oyunundan danışıb və “pley-off”a yüksəlmək şanslarını dəyərləndirib: “Məncə, komandamızın qrupdan çıxmağa gücü çatar. Artıq “Qarabağ”ın taleyi öz əlindədir. Yəni hansısa digər qarşılaşmaya yox, öz oyununa diqqətini yönəldəcək. Ancaq “Senet Etyen”lə oyunda edilən səhvləri “İnter”lə görüşdə təkrarlamaq olmaz. “İnter” artıq qrup lideri kimi “pley-off”a vəsiqəni təmin edib. Buna görə də yəqin ki, Bakıya aparıcı futbolçularını gətirməyəcək. Çünki daxili çempionat da onlar üçün böyük önəm daşıyır. Ancaq nəzərə almaq lazımdır ki, “İnter”in istənilən heyəti ilə oyun çoxağır olacaq. Rəqibin heyətində olan gənc futbolçular nəyisə sübut etməyə, özlərini göstərəməyə çalışacaqlar. Ona görə də “Qarabağ”ı “İnter”lə oyunda yüngül gəzinti gözləmir. Sevindirici məqam isə odur ki, “Qarabağ” hazırda qrup ikincisidir və “pley-off”a çıxmaq şansı öz əlindədir”.

COMMENTS