“Qarabağ”ın rəqibindən səfər qələbəsi

“Qarabağ”ın rəqibindən səfər qələbəsi

Yunanıstan çempionatında 17-ci tura yekun vurulub. 

QOL.az xəbər verir ki, UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos” turun son matçında səfərdə “Panetolikos”la qarşılaşıb.

Matç qonaqların qələbəsi ilə yekunlaşıb.

“Panetolikos” – “Olimpiakos” – 0:2
Qollar:
 Ayub el-Kaabi, 45+5, Çikinyo, 70
Qırmızı vərəqə: Fakundo Perez, 70 (“Panetolikos”)

Bu qələbə sayəsində xallarının sayını 37-ə çatdıran “Olimpiakos” yenidən turnir cədvəlində liderliyə yüksəlib. “Panetolikos” isə 23 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Avroliqanın son turunda – yanvarın 31-də Yunanıstanda “Olimpiakos”la üz-üzə gələcək.

COMMENTS