Top.Mail.Ru

“Qarabağ”ın rəqibinin hücumçusu sıradan çıxdı

“Qarabağ”ın rəqibinin hücumçusu sıradan çıxdı

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sivasspor” itki ilə üzləşib.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisinin hücumçusu Maks Qradel zədələnib.

32 yaşlı hücumçu Fil Dişi Sahili millisinin heyətində Afrika Millətlər kubokunun seçmə mərhələsində Madaqaskarla oyunda (2:1) çiynindən zədələnib. O, meydanı xərəkdə tərk edib. Futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda noyabrın 26-da “Sivasspor”la qarşılaşacaq.

DOSYE.ORG

COMMENTS