“Qarabağ”ın rəqibləri nə etdi?

Avropa Liqasında 1/8 finalın ilk oyunlarına start verilib.

Axar.az-ın məlumatına görə, Peterburqda “Zenit” “Torino”nu qəbul edib. Oyun Rusiya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

1/16 finalda “Liverpul”u mübarizədən kənarlaşdıran Türkiyənin “Beşiktaş” klubu səfərdə “Brügge”nin qonağı olub. İstanbul təmsilçisi ikinci hissənin əvvəlində hesabı açsa da, bu üstünlüyünü qoruya bilməyib və görüşdən məğlub ayrılıb – 1:2.

“Qarabağ”la qrup mərhələsində mübarizə aparmış “Dnepr” klubu öz meydanında “Ayaks”ı sınağa çəkib. Zozulyanın 30-cu dəqiqədə vurduğu qol Ukrayna təmsilçisinə minimal hesablı qələbə qazandırıb – 1:0.
Ağdam klubunun Bakıda qalib gəldiyi və qolu hesaba alınmadığı İtaliya “İnter”i isə Almaniyada “Volfsburq”un qonağı olub və rəqibinə 1:3 hesabı ilə uduzub.

“Everton” – “Dinamo” (Kiyev) – 2:1, “Fiorentina” (İtaliya) – “Roma” (İtaliya) – 1:1, “Napoli” – “Dinamo” (Moskva) – 3:1, “Vilyarreal” – “Sevilya” – 1:3 hesabı ilə başa çatıb.

COMMENTS