“Qarabağ”ın rəqibi cəzalandırıldı

“Qarabağ”ın rəqibi cəzalandırıldı

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” klubu cəzalandırılıb

 

PİA.AZ-ın məlumatına görə, Dnepropetrovsk şəhərinin təmsilçisi azarkeşlərinin ucbatından UEFA-nın qəzəbinə tuş gəlib. Belə ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Dnepr” – “Kopenhagen” matçında yerli azarkeşlər xuliqanlıq edib və bu, “Dnepr”in 50 min avro cəzalandırılmasına səbəb olub.

Lakin cəza bununla bitməyib və Dnepropetrovsk futbolçuları avrokuboklarda daha bir oyunu boş tribunalar önündə keçirilməlidir. Həmin görüş isə “Qarabağ”la görüşə təsadüf edir.

Xatırladaq ki, “Dnepr” – “Qarabağ” matçı oktyabrın 23-də keçiriləcək.

Lakin “Dnepr” klubunun rəsmi saytı bütün bu məlumatları təkzib edir.

COMMENTS