“Qarabağ”ın sabiq oyunçusu bu kluba keçdi

“Qarabağ”ın sabiq oyunçusu bu kluba keçdi

“Qarabağ”ın sabiq qapıçısı Anton Kanibalotskinin yeni klubu məlum olub.

Qol.az xəbər verir ki, ukraynalı qolkiper karyerasını ölkəsinin “Minay” komandasında davam etdirəcək.

“Minay” yeni mövsümdən Premyer Liqada oynamaq hüququ qazanıb. Bu komandada millinizin sabiq qapıçısı Andrey Popoviç də çıxış edir.

Anton komandada 32 nömrəli formanı geyinəcək. 32 yaşlı futboçu ilə yaxın zamanda rəsmi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, A.Kanibalotski 2017-2018-ci illərdə “Qarabağ”da oynayıb. O, ötən mövsümü “Karpatı” komandasında keçirib.

DOSYE.ORG

COMMENTS