“Qarabağ”ın sabiq qapıçısı “İnter”in hədəfində

“Qarabağ”ın sabiq qapıçısı “İnter”in hədəfində

“Milan”ın qapıçısı Asmir Beqoviç karyerasını “İnter”də davam etdirə bilər.

Qol.az “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, klub növbəti mövsüm 33 yaşlı qolkiperi heyətinə cəlb etməyi düşünür. Bildirilir ki, “İnter” son zamanlar zədəli olan Samir Handanoviçin yerinə Beqoviçi komandada görmək istəyir.

Xatırladaq ki, müqavilə ilə “Bornmut”a məxsus olan Beqoviç mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da çıxış edib.

DOSYE.ORG

COMMENTS