“Qarabağ”la “Barselona” eyni stildə oynayır” – Quintana

“Qarabağ”la “Barselona” eyni stildə oynayır” – Quintana

Qarabağ”ın ispaniyalı hücumçusu Dani Quintana Azərbaycan Premyer Liqasının 35-ci turunda Bakı “İnter”i ilə oyundan sonra Qol.Az saytına müsahibə verib.

– Komandan Azərbaycan Premyer Liqsının 2014/2015 mövsümünün çempionu oldu. Çətin mübarizədə “Qarabağ”a meydanda köməklik göstərə bilməsən də, çempionluq hisslərini komanda yoldaşlarınla birlikdə yaşayırsan. İlk öncə təəssüratlarını öyrənək…

– Bütün “Qarabağ” kollektivini çempionluq münasibəti ilə təbrik edirəm. Bu mövsüm “Qarabağ”ın oyunlarında iştirak edə bilməsəm də, hər bir futbolçumuzla eyni hisslərə sahibəm.

– “Qarabağ” gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Çoxdandır ki, oynamadığını nəzərə alsaq, bu mübarizə sənin üçün nə dərəcədə asan olacaq ?

– Asan olub-olmayacağı haqqında nəsə deyə bilmərəm. Bacardığım qədər məşqlərdə yaxşı hazırlaşmağa çalışıram ki, çətin olmasın.

– “Qarabağ”ın yoldaşlıq görüşlərindən birində daha çox “tiki-taka” stilində oynadığını gördük.

– “Qarabağ”ın oynadığı futbol mənim stilimə uyğundur. Ona görə də düşünürəm ki, heç bir çətinliyim olmayacaq.

– Uzun müddətdir Azərbaycandasan və demək olar ki, çempionatımızın yarıdan çoxunu izləmək imkanın oldu. Azərbaycan Premyer Liqası haqqında nə deyə bilərsən?

– Düzü, Azərbaycana gəlməmişdən öncə bu haqda heç bir məlumatım yox idi. Məsələn, “Qarabağ”ın əsas rəqiblərindən olan “Qəbələ” kimi bir klubun olduğundan xəbərsiz idim. Premyer Liqanızda demək olar ki, bütün klublar güclüdür və onlar hər an hər şey etməyə qadirdirdirlər.

– “Qarabağ”ın Avropa Liqasındakı uğurlu oyunlarından sonra çoxları komandanı “Qafqazın Barselonası” kimi təqdim etdi. Bir ispan kimi bu fikirə mübnasibətin necədir?

– Təbii ki, stil olaraq oxşar futbol oynayırlar. Amma bu stili icra etmək baxımından arada olduqca böyük fərq var. Çünki “Barselona” böyük komandadır.

COMMENTS