“Qarabağ”la cəmi 4 matçda oynadı – Klubla vidalaşdı

“Qarabağ”la cəmi 4 matçda oynadı – Klubla vidalaşdı

“Qarabağ”ın sabiq futbolçusu Qaspar Panadero klubla vidalaşıb.

QOL.az xəbər verir ki, 26 yaşlı ispan futbolçu bununla bağlı özünün İnstaqram səhifəsində paylaşım edib.

 

Panadero 2021-ci ilin avqustunda Ağdam klubuna transfer olunsa da, orada möhkəmlənə bilməyib. Əsas komandada cəmi 4 oyun keçirən vinger sonradan əvəzedici heyətə göndərilib, 5 ay isə AEK-də (Kipr) icarədə olub. O, 2023-cü ilin senyabrından klubsuz idi. Panadero paylaşımında kluba, məşqçi heyəti, komanda yoldaşları və azarkeşlərə təşəkkür edib.

“Müxtəlif şəraitləri nəzərə alsaq, bu, mənim çıxışım baxımından ən yaxşı dövr deyildi. Mənim üçün çətin dövr idi” – deyə Panadero bildirib.

İspan futbolçu qeyd edib ki, onun öhdəliyi və səyləri maksimum olub: “Daha çox oynamaq fürsət əldə etmək üçün hər şeyi etməyə çalışdım, amma bəzən futbol belə işləyir. Mən həqiqətən, öz həqiqi səviyyəmi göstərmək istərdim. Sizə gələcəkdə uğurlar arzulayıram. Hər şey üçün təşəkkür edirəm!”

COMMENTS