“Qarabağ”la oynamaq maraqlı olardı” – “Frayburq”un baş məşqçisi

“Qarabağ”la oynamaq maraqlı olardı” – “Frayburq”un baş məşqçisi

“Frayburq”un baş məşqçisi Kristian Ştrayx Almaniya komandasının Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşmasını istəyir.

Qol.az xəbər verir ki, o, “Bild”ə açıqlamasında bu barədə deyib:

“Səbirsizliklə Avropa Liqasının püşkatma mərasimini gözləyirəm. Qrupda hansı komandalarla düşməyimizin mənim üçün o qədər də önəmi yoxdur. Mənim üçün ən maraqlısı həmin ölkələrə səfərlər olacaq. Ancaq Azərbaycan təmsilçisi “Qarabağ”la oynamaq mənim üçün maraqlı olardı. Heç vaxt orada olmamışam. Hər zaman yeni ölkələrdə, yeni stadionlarda olmaq mənə maraqlı gəlir”.

Xatırladaq ki, Avropa Liqasında qrup mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 15:00-da atılacaq.

COMMENTS