Qaradağda 7 gündür bir bayraq tapılmır? – Foto

Qaradağda 7 gündür bir bayraq tapılmır? – Foto

Bir neçə gün əvvəl Qaradağ rayonunun Ələt qəsəbəsindəki Şəhidlər qəbiristanlığında bayrağın zədələnməsi ilə bağlı sakinlər redaksiyamıza müraciət etmişdi. Qısa müddət sonra isə Qaradağ İH-dən problemin həll edildiyini bildirdilər və hətta bayrağımıza həssaslıqla yanaşan vətəndaşlarımıza təşəkkür etməyi də unutmadılar.

Lakin bəlli oldu ki, İH bayrağı yenisi ilə əvəz etməyib, sadəcə, zədələnmiş bayrağı çıxartmaqla kifayətlənib. Belə ki, sakinlər hazırda Şəhidlər qəbiristanlığında bayrağın olmadığını əks etdirən fotonu da redaksiyanın ünvanına göndəriblər.

Axar.az-ın mövzu ilə bağlı növbəti sorğusuna Qaradağ Rayon İcra Hakimiyyətindən cavab olaraq bildirildi ki, məsələ ilə Ələt qəsəbə nümayəndəliyi məşğul olur.

Ələt qəsəbə nümayəndəliyi isə 7 gündür nə yeni bayraq asır, nə də telefonlara cavab verir.

***

Qəsəbə sakinləri öz vəsaitləri hesabına bayraq alaraq, Şəhid məzarlığındakı Bayraq meydanında ucaldıblar.

Bu barədə Ələt qəsəbə sakinləri məlumat verib. Yeni bayrağın fotosu da təqdim edilib.

Sakinlərin iddiasına görə, ümumiyyətlə, qəsəbə nümayəndəliyinin bu laqeydliyi ilk dəfə deyil və buna görə də sakinlər zədələnən bayrağı adətən öz hesablarına dəyişdirirlər.

DOSYE.ORG

COMMENTS