QARAJ necə GÖZƏLLİK SALONU oldu..? – 39 saylı məktəblə üzbəüz gözəllik salonu…

QARAJ necə GÖZƏLLİK SALONU oldu..? – 39 saylı məktəblə üzbəüz gözəllik salonu…

Nərimanov  rayonunda  QARAJ  necə GÖZƏLLİK  SALONU oldu..? 

39 saylı məktəblə üzbəüz  gözəllik salonu…

Gözəllik  salonu işlədən Mübarizin  qızı  obyektinin qabağından keçən yolu kəsib…

Dəfələrlə Gündəlik-Bakı olaraq yazmışıq ki, məktəbin, məscidin yanında  başqa təyinatlı obyekt ola bilməz.
Biz  üstüörtülü yazdıq…başa düşdünüzmü , cənablar..?
Heç kim bizdən inciməsin və biz kimlərinsə həyat yoluna zərrə qədər kölgə  salmaq istəmirik.
Və hər birimizin qadın ailə üzvləri  toydan, şənlikdən öncə  gözəllik salonuna gedir və bu adi  məsələdir. Amma…
Əmması odur ki…
Deyəsən mövzu  daha dərinliyə getdi…
Cənablar, bir daha deyirik ki, gözəllik salonu da, hətta qəssabxana da  cəmiyyət üçün çox vacibdir.
Amma məktəbin, yaxud uşaq bağçasının  yanında  dana kəsmək, mal başı nümayiş etdirmək  uşaqların gələcəyində travma yaradır.
Nə isə…başa düşənlər üçün deyək ki, məktəblə üzbəüz Gözəllik salonu açmaq heç bir meyara uyğun deyil.
Vay o gündən ki, bu gözəllik salonu  məktəbə gələn şagirdlərin yolunu kəsir.
Həm də necə kəsir ?
Bu obyekti 100 metr  o yanda aç dəə….
Biz onu da demək istəmirik ki, Bakıda bir çox gözəllik salonlarında ən bahalı  UYUŞDURUCU  maddələr verilir…
Bu bizim mövzumuz deyil, qoy müvafiq orqanlar araşdırsınlar.
İndi  isə qayıdaq konkret mövzuya.
Deməli, Nəriman Nərimanov  rayonunda R.Nəsirəddinov adına  39 saylı orta məktəbin qabağında Gözəllik salonu tikilib. Məktəblə düz  üz-üzə…
Biz məktəbin direktoru  Tahirə Şükürova  (012-564-88-95) ilə əlaqə saxlamaq istədik.
Sonra düşündük ki, xanım məktəb direktorunun bu məsələdə nə günahı ola bilər.
Bunun üçün  şəhər meriyası, Arxitektura komitəsi, nə bilim  xeyli  dövlət qurumu var.
Ona görə də məktəb direktoruna zəng etməkdən vaz keçdik.
Amma  ziyalı olan məktəb direktoru da  haray sala bilər ki, bu nə rəzalətdir…
Deməli, haqqında bəhs etdiyimiz gözəllik  salonunu PA-da çalışan Mübarizin müəllimin qızı işlədir.
Məlumat üçün qeyd edək ki, bu ərazidə  qaraj tikintisi üçün icazə alınıb. Amma sonradan QARAJ dönüb olub GÖZƏLLİK SALONU….
Yəni torpaq sahəsi konkret olaraq  zəbt olunub.
Bəziləri başa düşmür deyə, aydınlıq gətirək ki, torpağı zəbt etmək  tankla  torpağa girmək deyil, torpağın təyinatını saxta yolla dəyişdirmək özü ZƏBTDİR.
Deməli, torpağın zəbt olunması ilə bağlı  soruşanda  MİS (JEK)  deyir ki, bizlik deyil…
Sahə müvəkkili  Faiq müəllim sakinlərə deyir ki, mənlik deyil,  bunlar  yolu zəbt ediblər…
Deməli, rayon ərazisindəki  Əhməd Rəcəbli  3 b küçəsindəki  yol kəsilib, hərəkət etmək mümkün deyil…
Ərazidə  “dəftər-kitab”  satan  Anar  obyektinin qabağındakı yola  kubik qoyub ki, heç kim keçə bilməsin…
Mübariz müəllimin qızı, yəni salonu işlədən xanım da obyektinin qabağına kubik qoyub ki, heç kim keçə bilməsin.
Bir sözlə, hər kəs öz obyektinin qabağını  kubiklə hasarlayıb  gediş-gəlişə imkan vermirlər. (bunu biz demirik aaa, Prezidentə dəstək təşkilatının Zəngilan şöbəsinin sədri, tanınmış sənət adamı Cəmilə İsgəndərova deyir)
P.S  Növbəti yazıda  Nərimanov rayonunu zəbt edən Mübariz müəllim barədə, onun zəbt etdiyi  sənədsiz torpaqlar, parkın yanındakı  “Loğman”  apteki  barədə bəhs edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

COMMENTS