Türkiyədə prokuror Hollandiyadan olan jurnalist Frederike Geerdinkə qarşı cinayət işi açıb.
ANS PRESS-in məlumatına görə, prokuror məhkəmədən onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətdə saxlandıqdan sonra buraxılan jurnalist terroru təbliğ etməkdə ittiham olunur.
Diyarbakır məhkəməsinə təqdim edilmiş ittihamnamədə deyilir ki, Geerdink qadağan olunmuş Kürdüstan İşçi Partiyası – PKK-ya sosial mediada dəstək göstərib və hətta təşkilatın bayrağını post edib.
Qərb mətbuatı son aylarda Türkiyədə mətbuat azadlığının boğulduğunu yazır. Türkiyədə 2006-cı ildən çalışan Geerdink əsasən kürd məsələlərindən yazırdı.
COMMENTS