Qardaş ölkənin vətəndaşı məhkəmə ilə hədələnir- ŞİKAYƏT

Qardaş ölkənin vətəndaşı məhkəmə ilə hədələnir- ŞİKAYƏT

Dosye.org saytın elektron ünvanına Türkiyə Respublikasının vətəndaşı Karaçay Dəniz tərəfindən şikayət xarakterli müraciət daxil olub.

Belə ki, qardaş ölkənin vətəndaşı K. Dəniz müraciətində bildirir ki, Əliyev Şamil Adil oğlundan Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsi, 48 ünvanda yerləşən, ümumi sahəsi 87 kv\m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsüs hissəsindən tam hissəsini ondan icarəyə götürmüş və müqavilə əsasında fəaliyyətə başlamışdır. İcarəçi Karaçay Dəniz müqavilə şərtlərini nəzərə alaraq obiyektin icarə haqqını zamanında ödədiyini bildirir.

Məlum pandemiya (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkədə xüsusi karantin rejiminin tədbiqi və bu müddət ərzində bütün ictimai-iaşə obiyektlərin fəaliyyəti qadağan edildi. İki ay davam edən xüsusi karantin rejimindən sonra ölkə də bəzi yumuşalmalar başladı. Əlbətdə ki, bəzi yumuşalmalar obiyektlərin onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilmək üçün şərait yaradıldı.

Əslində,  2 ay xüsusi karantin rejimində icarəçi baş verən hadisələri nəzərə almalı və icarəçidən icarə haqqı tələb etməməlidir. Yəni, bu müddət ərzində icarəçinin alış-verişi olduqca aşağı səviyyədə olur. Lakin icarəçi Əliyev Şamil Adil oğlu pandemiya dövrünü nəzərə almayaraq Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının vətəndaşı Karaçay Dənizdən müqaviləyə əsasən icarə haqqını alınmasını tələb etmişdir. Şikayətçi iddia edir ki, Əliyev Şamil Adil oğlu ona polis rəisi işlədiyini xatırladaraq hədələyir. Yaşadığımız sivil ölkə də kimliyindən və vəzifəsindən aslı olmayaraq istər xarici ölkə vətəndaşı, istərsədə ölkə vətəndaşını hədələmək olduqca gülüncdür.

Ölkəmizdə qanun alilliyinin yüksək səviyyədə olduğunu nəzərə alıb bildirmək istəyirik ki, məhkəmə prosesi olduqca şəffav keçəcək və haqq ədalət prinsipi bərqərar olunacaq. Nəzərinizə çatdıraq ki,  məhkəmə prosesi hakim Solmaz Mustafayevanın sədirliyi ilə keçiriləcək. Dosye.org olaraq məhkəmə prosesinə ölkə mediasını dəvət etməklə yanaşı, məsələnin ictimailəşməsi üçün lazımı dəstək göstərməsini xahiş edir.

DOSYE.ORG

Şəkilin açıqlaması yoxdur.

Şəkildə bunlar ola bilər: 2 nəfər

COMMENTS