Qardaş qardaşı qanına qəltan etdi

Qardaş qardaşı qanına qəltan etdi

Bərdədə qardaş qardaşı bıçaqlayaraq öldürüb.

 

Rayonun Saatlı kəndində baş verən hadisədə qardaşlar arasında qan düşüb.

Yerli sakinlər deyir ki, kənd sakini Ramiz Abbasov qardaşı İbrahimlə uzun müddətdir ki, ev üstündə mübahisə edir. Şəxsi münasibətlər zəminində dalaşan qardaşlardan biri əlini bıcağa atıb. Əsəblərini cilovluya bilməyən İbrahim Abbasov evdən bıçaq götürərək öz doğma qardaşına bir neçə nahiyədən xəsarət yetirib. Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırlan zaman yolda dünyasını dəyişib. Qardaşını bıçaqlayan İbrahim hadisə yerindən qaçıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır. Polis qardaşını öldürən şəxsi axtarır.

COMMENTS