Qardaşı şeyxi xəbrik etdi

Bu gün bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin doğum günüdür.

Bu münasibətlə şeyxin qardaşı, millət vəkili Cavanşir Paşazadə doğum günü təbrikini AzVision.az-la bölüşüb.

“Hazırda Bakıda deyiləm.

 

Amma öz diləklərimi, arzularımı qardaşım Şeyxə çatdırdım. Mən ona can sağlığı arzulayıram. Ailə başçısı və böyüyümüz kimi Allah onu başımızın üstündən əskik etməsin deyirəm”.

C.Paşazadə şeyxə doğum günü münasibəti ilə bu il xüsusi hədiyyə almadığını bildirib. Onun sözlərinə görə, Allahşükür Paşazadə üçün ən gözəl hədiyyə xoş sözlərdir.

 

“Onun üçün doğum günü hədiyyəsi xoş sözlərdir. Ailəmizin möhkəmliyi və sağlamlığıdır. Bundan artıq nə istəyər ki?! Hədiyyə önəmli deyil. Bizim sağlamlığımız, varlığımız bir- birimiz üçün elə hədiyyədir”,-deyə deputat qeyd edib.

COMMENTS